“Financial Times” yazır: Avropada Ukraynaya dəstək zəifləyir

Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı fikir ayrılıqları dərinləşir. “Financial Times” yazır ki, bir sıra Avropa ölkələri öz iqtisadi maraqlarına zərər vurduğu üçün Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin bəzi müddəalarını dəstəkləmək istəmir.

Sherg.az xəbər verir ki, məlumata görə, Yunanıstan, Fransa, İtaliya, Avstriya, Portuqaliya və digər ölkələr məhdudiyyətlərin yumşaldılmasını, bəzi hallarda isə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını tələb edirlər.

Qeyd olunur ki, Avropa İttifaqı Ukraynaya dəstəyin davam etdirildiyini bəyan etsə də, üzv dövlətlər getdikcə daha çox öz iqtisadi maraqlarını ön plana çıxarırlar.