ABŞ Federal Təhqiqat Bürosu (FTB) direktorunun şəxsi elektron poçt hesabına kiberhücum edən şəxslərlə bağlı məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, hücumun qurbanı FTB direktoru Keş Patel olub.
ABŞ Dövlət Departamentinin müvafiq proqramı çərçivəsində İranla əlaqəli olduğu iddia edilən “Handala Hack Team” adlı haker qrupunun müəyyənləşdirilməsinə kömək edən şəxslərə qeyd olunan məbləğdə mükafat veriləcək.
FTB vurğulayıb ki, sındırılan elektron poçt hesabında heç bir dövlət və ya məxfi məlumat olmayıb. Qurum əlavə edib ki, insidentlə bağlı mümkün risklərin minimuma endirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
“FTB direktoru Patelın şəxsi elektron poçtuna qanunsuz giriş əldə edən şəxslər barədə məlumatımız var”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, martın 27-də FTB Patelın şəxsi elektron poçtunun sındırılmasına cəhd edildiyini açıqlamışdı.