Füzuli aeroportundan hərbi məqsədlər üçün istifadə oluna bilər
Yusif Nəzərli
07:20 28.10.2021
Gündəm
680
Turan Rzayev: "Yeni döyüş təyyarələrinin alınması onu deməyə əsas verir ki, Füzuli Hava Limanının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır"
"Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbayan Prezidenti İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açıldı. Xüsusilə açılışa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlməsi hava limanının həm türk dünyası, həm də region üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi. Füzuli Hava Limanı bütövlükdə Qarabağın bərpası, gələcək perspektivdə isə regiona investisiya, turistlərin cəlb edilməsi baxımdan vacibdir".
Bu fikirləri siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında deyib. Analitik hesab edir ki, təkcə humanitar, iqtisadi, siyasi baxımdan deyil, hərbi baxımdan da Füzuli aeroportu kifayət qədər strateji əhəmiyyətə malikdir:
"Məsələ ondadır ki, Füzuli Hava Limanından hərbi məqsədlər üçün də istifadə edilə bilər. Nəzərə almaq lazımdır ki, hava limanında hələ əlavə işlər görüləcək və yeni uçuş zolaqları əlavə ediləcək. Bu uçuş zolaqları niyə məhz hərbi təyyarələr üçün nəzərdə tutulmasın? Digər bir nüans da Azərbaycanın uzun müddətdir hərbi hava qüvvələrini yeniləmək, islahatlar aparmaq istəyidir. Bu istiqamətdə yaxın aylarda hərbi hava qüvvələrinə yeni döyüş təyyarələri alına bilər. Füzuli Hava Limanının istifadəyə verilməsi və hərbi hava qüvvələrinə yeni döyüş təyyarələrinin alınması onu deməyə əsas verir ki, Füzuli Hava Limanının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır".
T.Rzayev diqqətə çatdırıb ki, prinsip etibarilə bu mümkündür: "Dünya təcrübəsində də belə nümunələr var. Türkiyənin müxtəlif bölgələrində yerləşən hava limanlarında xüsusilə hərbi helikopterlər və döyüş təyyarələri üçün yerlər var. Bu, hava limanının təhlükəsizliyi ilə yanaşı, ölkənin müxtəlif regionlarına və ölkədaxili hərbi əməliyyatlarda hava dəstəyi təmin etməyə imkan yaradır. Füzuli aeroportunda da bunu etmək olar. Nəzərə alsaq ki, yekun sülh müqaviləsi hələ ki, imzalanmayıb və Qarabağda separatçılar var, hələ bir müddət regionda gərginliyin artma ehtimalı aktual olaraq qalacaq. Füzuli aeroportundan həm də hərbi məqsədlər üçün istifadə etmək lazımdır. Füzuli aeroportunun hərbi məqsədlər üçün istifadə edilməsini zəruri edən bir digər məsələ də Şuşadır. Belə ki, hava limanı ilə Şuşa arasında cəmi 100 kilometr məsafə var. Bu, gələcəkdə Şuşaya ediləcək istənilən hərbi təxribatın qarşısını almaq üçün ideal məsafədir. Yəni Füzuli Hava Limanından qalxan döyüş təyyarələri Ermənistanın və separatçıların ehtimal təhdidlərinin qarşısını vaxtında ala bilər. Bu həm də Azərbaycan Ordusunun Qarabağda manevr imkanlarını gücləndirir. Füzuli Hava Limanının hərbi məqsədlər üçün istifadə edilməsi həm də Rusiya sülhməramlılarına nəzarət baxımından vacibdir. Məsələ ondadır ki, hazırda Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistan üzərindən daşıyır. Bu isə öz növbəsində həmin yüklərin tərkibi, nə məqsədlə aparılması kimi problemlər yaradır. Yüklər Füzuli Hava Limanından da daşına bilər. Hətta bu, Kremldən tələb edilməlidir. Azərbaycan ərazisinə yüklər Azərbaycan ərazisindən aparılmalıdır. Bu zaman Azərbaycan Füzuli Hava Limanından ermənilərin yaşadığı əraziyə daşınan yüklərə nəzarət imkanı əldə edə biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual