Füzulidə Azərbaycan-Özbəkistan QHT forumu keçirilir - FOTO

Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, forum Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilir.
Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi iştirak edir. Toplantıda Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib. Azərbaycan-Özbəkistan əlaqələrini nümayiş etdirən videoçarx nümayiş olunub.