GK: "Laçında sərhəd- buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb"
10:12 16.11.2023
Gündəm
300
Laçın rayonu ərazisində dövlət sərhədində buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
"Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işlər aparılır", - Ş. Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır.
“Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır", - DGK sədri əlavə edib.
O vurğulayıb ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq