Gözlənilməz istefa: Artan gərginlik ABŞ ordusunda komandan böhranı yaradıb
13:05 17.10.2025
Gündəm
366
ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı bütün hərbi əməliyyatlarına cavabdeh olan Cənub Komandanlığına (SOUTHCOM) rəhbərlik edən admiral Alvin Holsey vəzifəsindən ayrıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Holseynin istefası, Pentaqonun Karib dənizində “narkotik daşıdığı” iddia edilən gəmilərə qarşı artan hücumları davam etdirdiyi bir dövrdə baş verib.
Adətən üç il davam edən komandanlıq vəzifəsində cəmi bir ilini tamamlayan Holseynin qəfil istefasının səbəbi açıqlanmayıb.
Lakin biri fəaliyyətdə olan, digəri təqaüdçü iki amerikalı rəsmiyə görə, admiral həyata keçirilən əməliyyatlarla bağlı “hüquqi və etik narahatlıqlarını” dilə gətirib.
Müdafiə naziri Pit Hegset sosial media paylaşımında Holseyə “37 illik xidmətinə görə təşəkkür” etsə də, fikir ayrılıqlarına toxunmayıb.
Bununla belə, Pentaqon və Konqres dairələri Hegsetlə Holsey arasında, xüsusilə Venesuelaya yönəlik hərbi strategiya mövzusunda ciddi fikir ayrılıqlarının mövcud olduğunu bildiriblər.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin demokrat üzvü Adam Smit bildirib:
“Tramp dövründən əvvəl heç bir döyüş komandanının vəzifəsini vaxtından əvvəl tərk etdiyini xatırlamıram.”
Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid isə deyib:
“Kariblərdə gərginlik Venesuela ilə qaynama nöqtəsinə çatmışkən, yüksək rütbəli bir komandanın istefası komanda zəncirində sabitliyin pozulması siqnalıdır.”
Sentyabrın əvvəlindən bəri ABŞ xüsusi qüvvələri Venesuela sahillərində “narkotik daşıdığı” iddia edilən ən azı beş gəmiyə hava zərbəsi endirib, nəticədə 27 nəfər həlak olub.
Rəsmilər, əsas məqsədin Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq olduğunu etiraf edirlər.
Lakin beynəlxalq hüquq üzrə ekspertlər ABŞ-ın “narkotik qaçaqçılarını düşmən döyüşçü kimi öldürmə” səlahiyyətini sual altına alır.
Çünki nə Konqres belə bir hərbi əməliyyat icazəsi verib, nə də bu qruplar “silahlı təşkilat” meyarına cavab verir.
Holsey bu il ərzində vəzifədən uzaqlaşdırılan və ya istefaya məcbur edilən qaradərili və qadın zabitlər zəncirinə qoşulub.
Hegset bundan öncə Baş Qərargah rəisi Çarlz Q. Braun Jr., Hərbi Dəniz Qüvvələrinin komandanı Liza Françetti və NATO Hərbi Komitəsinin nümayəndəsi Şoşana Çetfildi də vəzifədən azad etmişdi.
Nazir keçən ay Virciniyadakı Kvantiko bazasında yüzlərlə general və admirala müraciətində “fiziki hazırlıq və intizam” standartlarını sərtləşdirəcəyini bildirmişdi.
Holseynin istefası, Tramp administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verməsi xəbərindən sonra gəlib.
Tramp bu xəbəri təsdiqləyərək, Venesuela ərazisinə qarşı hava zərbəsi variantlarını nəzərdən keçirdiklərini bildirib.
Hazırda bölgədə 10 min ABŞ hərbçisi yerləşir, onların 2 min 200-ü dəniz piyadalarıdır. Bundan başqa, səkkiz hərbi gəmi və bir sualtı qayıq Karib dənizində xidmət aparır.
1988-ci ildə Morehouse Kollecini bitirərək donanmaya qoşulan Holsey, karyerası boyunca helikopter eskadronlarına və aviadaşıyıcı qruplara rəhbərlik edib. 2024-cü ildə Cənub Komandanlığının başına gətirilmişdi.
O, “X” hesabında paylaşdığı qısa açıqlamada yazıb:
“SOUTHCOM komandası ölkəmizin müdafiəsinə əhəmiyyətli töhfələr verib və verməyə davam edəcək. Azadlığın simvolu olaraq qalmağa fokuslanın.”
Pentaqon mənbələrinə görə, Holseynin yerinə təyin olunacaq yeni ad hələ müəyyənləşdirilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi