Gözləntilər böyükdür ! - "Yeni XİN başçısı ümidləri doğruldacaq"
Banuçiçək Kalbalıyeva
10:40 17.07.2020
Gündəm
1163
“Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq”
Artıq məlum olduğu kimi, xarici işlər naziri postunda dəyişiklik edilib. Keçmiş nazir Elmar Məmmədyarov xeyli müddət təhsil naziri vəzifəsində çalışmış Ceyhun Bayramovla əvəzlənib. Bu isə yeni persperktivlər vəd edir.
Dəyişikliyi “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov qeyd edib ki, bu, vaxtında verilmiş qərar idi:
“Prezidentin Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə bağlı verdiyi sərəncam respublikamızda, həqiqətən, böyük ruh yüksəkliyi ilə qarşılanıb. Kütləvi informasiya vasitələri və mütəxəssislər bu təyinatı son illərin ən uğurlu seçimi kimi qiymətləndirirlər. Bunun da bir çox səbəbi var. Birincisi, Ceyhun müəllim respublikamızda bacarıqlı təşkilatçı və rəhbər kimi özünü sübut etmiş gənc kadrdır. Təhsil Nazirliyi strukturunda və nazir vəzifəsində çalışdığı müddətdə köklü dəyişikliyə nail ola bildi, respublika rəhbərliyinin islahatçı kadrları siyahısına düşdü. İkincisi, beynəlxalq aləmdə və respublikamız ətrafında baş verən qızğın hadisələr fonunda da məhz Ceyhun müəllim kimi enerjili, savadlı, vətənpərvər kadr bu vəzifənin öhdəsindən gələ bilərdi. Üçüncüsü, Ceyhun müəllim cavan nəslin nümayəndəsi olmaqla yanaşı, yetərincə diplomatik təcrübəyə malik bir mütəxəssisdir”.
Professorun fikrincə, yeni XİN başçısı ümidləri doğruldacaq:
“Onunla hələ Təhsil Naziri olmazdan qabaq keçirilən tədbirlərin birində tanış olmuşdum. Bu görüşdə Ceyhun müəllimin beynəlxalq münasibətlərdə baş verən hadisələri dəqiq qiymətləndirməsi məni valeh etmişdi. Uzun müddət beynəlxalq münasibətlərin tədrisi ilə məşğul olan bir mütəxəssis kimi qeyd edə bilərəm ki, Ceyhun Bayramov diplomatiya tariximizə yeni səhifələr yazacaq. Təbii ki, Ceyhun müəllimin təyinatını müsbət qarşılamayanlar ola bilər. Belələri ya o vəzifədə gözü olanlardır, yaxud diplomatiya sahəsindən uzaq qalanlar. Bu şəxslərə demək istəyirəm ki, Elmar Məmmədyarovu unutmasınlar və onun nazir kimi fəaliyyətinə nəzər salsınlar. Bu iki şəxsi müqayisə etməkdən çox-çox uzağam. Çünki onlar müqayisəedilməz dərəcədə fərqlidirlər.
Çox qısa zamanda biz diplomatiya sahəsində bu fərqi hiss edəcəyik- Azərbaycanın qazandığı diplomatik uğurlar fonunda. Gəlin, hamılıqla yeni, gənc xarici işlər nazirimizə uğurlar diləyək və respublika rəhbərliyinə bu uğurlu seçimə görə minnətdarlıq edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət