
Gürcüstan azərbaycanlıları üçün ayrıca qayda müəyyən olunmalıdır- Fazil Mustafa
Yusif Nəzərli
22:30 29.06.2024
Gündəm
804
"Başa düşürəm ki, karantin vəziyyəti bu və digər səbəblərdən uzadılıb. Amma bunun acısını-ağrısını Azərbaycan vətəndaşları çəkə bilməz. Ona görə də soydaşlarımıza ayrıca bir qayda tətbiq olunmalıdır"
Nazirlər Kabineti ötən həftə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimini daha 3 ay uzatdı. Bu isə Gürcüstanda yaşayan soydaşlarımızı yenə məyus edib. Onlar Azərbaycana gəlib-getmək, istirahət etmək, qohumlarını ziyarət etmək istəyirlər. Təyyarə biletlərinin qiymətinin baha olması da soydaşlarımızı narahat edir. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev Bizimyol.info-ya deyib ki, artıq 4-cü ildir ki, Gürcüstandakı azərbaycanlılar quru sərhədlərinin bağlı olmasından əziyyət çəkir.
“Təyyarə qiymətləri çox bahadır. Ya təyyarə ilə bilet qiymətlərini ucuzlaşdırsınlar, ya da heç olmasa həftədə bir dəfə bir qatar ayırsınlar ki, Gürcüstana gələ bilək. Necə ki, təyyarədə yoxlama keçirilmir, bunu qatarda da həyata keçirmək olar. Biz Azərbaycanın üzünə həsrət qalmışıq”, - deyə Əli Babayev qeyd edib.
Əli Babayev bildirib ki, Azərbaycanda da Gürcüstana istirahət və ticarət məqsədilə gəlmək istəyən çox sayda insan var. Amma karantin rejiminin uzadılması çərçivəsində quru sərhədlərinin bağlı saxlanılması hər kəsin bu arzusunu ürəyində qoyur: “İnsan istəyir ki, Azərbaycana gəlsin, işğaldan azad edilmiş torpaqları ziyarət etsin. Ümidimiz yenə də cənab Prezidentədir. Bizim üçün bir şərait yaratsınlar. Bizə xüsusi bir güzəşt etsinlər. Xahiş edirik ki, bizə bir güzəşt edin. Elə bir şərait yaradılsın ki, biz Azərbaycana rahat gedib-gələ bilək”, - deyə Əli Babayev ölkə başçısına da müraciət edib.
Əli Babayev qeyd edib ki, Kaxetidə və Qardabanidə olan azərbaycanlılar da Azərbaycana gəlmək istəyir: “Birinci Şıxlı, İkinci Şıxlı və digər müxtəlif kəndlər var ki, qohum-əqrəbadılar. Sərhədlər bağlıdır deyə ortada qalıblar. Hamının imkanı yoxdur ki, təyyarə ilə gəlsin”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, Gürcüstan azərbaycanlıları üçün ayrıca qayda müəyyən olunmalıdır: “Biz əcnəbilərlə soydaşlarımızı ayırmalıyıq. Soydaşlar haqqında qanun qəbul etməliyik. Hər hansı şəkildə Gürcüstanda yaşayan həmvətənlərimizi əcnəbi statusunda görməməliyik. Gördükcə özümüzdən uzaqlaşdırırıq. Onların rahat şəkildə gedib-gəlməsinə şərait yaratmalıyıq. Başa düşürəm ki, karantin vəziyyəti bu və digər səbəblərdən uzadılıb. Amma bunun acısını-ağrısını Azərbaycan vətəndaşları çəkə bilməz. Ona görə də soydaşlarımıza ayrıca bir qayda tətbiq olunmalıdır. Dünyanın bir çox ölkələrində də belə bir qaydalar var. O baxımdan, fikrimcə, bu, haqlı iraddır. Dəfələrlə biz məsələ qaldırmışıq ki, Gürcüstanda yaşayan soydaşlarımız çox böyük sıxıntı içindədir. Təyyarə bileti baha olduğuna görə onların böyük əksəriyyəti gəlib-getmək imkanından məhrumdur, valideynlərinə baş çəkə bilmirlər. Biz bununla Gürcüstanla Azərbaycanın əlaqəsinin qırılmasına gətirib çıxaran bir prosesi irəli körükləyirik. Buna yol vermək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm