Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi hərbi təlim başa çatıb
Yusif Nəzərli
08:48 09.09.2022
Gündəm
426
Gürcüstanda keçirilən "Worthy Partner 2022" hərbi təlimi başa çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bağlanış mərasimində çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təlimdə iştirak edən hərbçilərə və onların ölkələrinə təşəkkür edib. Baş nazir vurğulayıb ki, sayca 6-cı dəfə keçirilən təlim beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılmış növbəti addımdır.
Bağlanış mərasimində Gürcüstan Prezidenti Salome Zurabişvili, həmçinin ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, müxtəlif ölkələrdən olan generallar iştirak edib.
"Worthy Partner 2022" təlimi Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığının rəhbərliyi, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Təlimin məqsədinin Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq dövlətlər arasında qarşılıqlı əməliyyat qabiliyyətinin və hazırlığın artırılması olduğu bildirilib.
Bu il çoxmillətli təlimlərdə Gürcüstan, Azərbaycan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Almaniya, Bosniya, Estoniya, Polşa, İsveç, Ukrayna və Yaponiyadan ümumilikdə 2400-dən çox hərbçi iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya