
Hadisənin izi ilə - Kriminalist danışır...
15:26 23.03.2024
Gündəm
414
"Moskvada, "Krocus Group" şirkətinin konsert zalında dinc əhaliyə qarşı vəhşi terror aktı baş verib. Çoxlu ölən və yaralanan var. Zərərçəkən hər kəsin yaxın doğmalarına və Rusiya xalqına və hökumətinə öz dərin təəssüfümü bildirirəm. İstənilən halda terror ağır antiinsani hərəkətdir".
Bu sözləri kriminalist ekspert İlqar Altayın "Sherg.az"a açıqlamasında deyib.

Kriminalistin sözlərinə görə, terror əməlinin motivi, həm törədənləri barədə hələlik, Rusiya rəhbərliyi və istintaq orqanında konkret qənaət yoxdur: "İstənilən kriminal hadisənin üstünün açılması 3 əsas dövrdən birisi ilə səciyyələnir. Birinci, hadisə baş verən an və günüdür ki, cinayətkarlar yəni, yerində və ya qaçarkən ətrafda yaxalanırlar və işin üstü "isti-isti" açılır. Məlum olur ki, Moskva kimi, orada çalışdığım dövrdən də, xüsusi ciddi hüquq-mühafizə nəzarətli şəhərdə bu, isti-isti söhbəti nədənsə alınmayıb, terrorçular 'işlərini' çox rahat görüb, qaçıb gizlənə biliblər. İkinci isə hadisə ərəfəsi, ya, ondan daha əvvəlki dövrün araşdırılmasıdır, bu da çətin effekt versin. Üçüncü əsas, hadisədən sonrakı dövrdür ki, müxtəlif iz, əlamətlər, sübut-dəlillər, əlaqədar yeni hadisə, hallar, təsisatlar ortaya çıxa bilir ki, bunlar işin açılmasını təmin edir. Yəqin yaxında aydın olar.
Hələlik bir onu demək olar ki, bu terror Rusiya xarici, ya daxilindən qaynaqlanıb. Ya siyasi, ya qisas xarakterli ola bilər. Hər halda yaxın anlar terror hadisəsi ilə bağlı Rusiya siyasi rəhbərliyi və istintaqı öz rəsmi qənaəti, yaxud ehtimalını bəyan etməlidir. Görək ki, kimi, hansı tərəfi nə xüsusda, əsasda, ağılabatan tərzdə günahkar biləcəklər. Buradan, müstəqil fikrə əsas verilər. Təbii ki, bizim də bu məsələ barədə öz ixtisaslı versiya, fikirimiz var. Gözləyək, məsələ ciddidir.
"Krocus Group" sahiblərinə, Ağalarovlara Rusiyada bundan sonrakı münasibət davranış da, məsələyə müəyyən aydınlıqları gətirə bilər. Hər halda versiyalar, qaranlıqlar çoxdur".
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində dəhşətli terror hadisəsi, atışma və partlayış baş verib. Atışma nəticəsində ölənlərin sayı 150-yə çatıb, onlarla şəxs ağır xəsarət alıb. Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb. Kamufulyaj geyinmiş 3 şəxs ətrafdakılara atəş açıb. Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb. Moskvadakı “Krokus Siti Holl”a hücum edən terrorçular müxtəlif modifikasiyalı 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” tüfənglərindən istifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq