Hələ filmin sonu deyil
10:30 26.06.2023
Gündəm
302
"Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnənin sonu, tamaşanın isə davam etməsi ola bilər"
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib və hərbi kolonlarını səhra düşərgələrinə geri qaytarıb. Kreml sözçüsü Dmitri Peskov “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqları niyə Lukaşenkonun aparmasına aydınlıq gətirib. Peskov bu məsələdə Lukaşenkonun özünün maraqlı olduğunu bildirib: "Belarus Prezidenti Aleksandr Lukaşenko özü təklif edib ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparan şəxs olsun. Çünki o, Priqojini 20 ilə yaxındır tanıyır. Bu onun şəxsi təşəbbüsü idi və Prezident Putinlə razılaşdırılıb. Kreml bu təşəbbüsü yüksək qiymətləndirib”. Putinin sözçüsü vurğulayıb ki, ali məqsəd qan tökülməsinin və daxili qarşıdurmanın qarşısını almaq idi: "Qan tökülməsindən, daxili qarşıdurmadan, gözlənilməz nəticələrlə toqquşmalardan qaçmaq ali məqsəd idi. Lukaşenkonun vasitəçilik səyləri bu məqsədlər naminə həyata keçirildi". Qeyd edək ki, Priqojinə qarşı cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedəcəyi bildirilib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb. Ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib. Analitikin fikrincə, əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır: "Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yola gətirə bilmədilər. Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib. Ancaq bu hələ flimin sonu deyil, açıq qalan suallar var. Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq? "Vaqner" muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı? “Vaqner” müqavilə imzalamazsa, tərksilah olunacaqmı və bu necə həyata keçiriləcək? Priqojin başının dəstəsi ilə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?".
Ekspertin fikrincə, Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı həm də manipulyasiya ustasıdır: "Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət trol ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-də prezident seçkisində Donald Trampın Hillari Klinton üzərində qələbə çalması üçün var gücləriylə çalışmışdılar. Yəni bu cür trol ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnənin sonu, tamaşanın isə davam etməsi ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə