Hizbullah: İsrailə qarşı geri addım atmayacağıq

Hizbullah İsraillə danışıqları rədd edərək geri çəkilməyəcəyini bəyan edib. Təşkilatın baş katibi Naim Qasım bildirib ki, “atəş altında danışıqlar” təslim olmaq deməkdir və bu, qəbul edilə bilməz.

Qasım vurğulayıb ki, İsrailin hücumlarına cavab vermək və Livanı müdafiə etmək üçün bütün hazırlıqlar görülüb. O, həmçinin İsrail və ABŞ-ı Livanı zəiflətmək və daxili qarışıqlıq yaratmaqda ittiham edib.

Hizbullah lideri qeyd edib ki, ölkənin müdafiəsi hökumət, ordu və xalqın ümumi məsuliyyətidir və təşkilat silahların dövlət nəzarətinə verilməsi planına da qarşıdır.