Hörmüz boğazından bu ölkələr istifadə edə bilər - İran açıqladı

İran dost ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib.

Teleqraf "Tasnim" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə xüsusilə Rusiya, Hindistan və Çin boğazdan istifadə edə biləcəklər.

"Biz dost hesab etdiyimiz bir neçə ölkəyə Hörmüz boğazından keçməyə icazə vermişik: məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistan. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə vermək üçün heç bir səbəb görmürük".