“Hüseyniyyun” Azərbaycana qarşı növbəti böhtana əl atdı
18:35 30.03.2024
Gündəm
338
“Hüseyniyyun” terror qruplaşması Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarına qarşı böhtan ataraq, mənfi fikir yaratmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Araz Nyus” Teleqram kanalı məlumat paylaşıb.
Məlumata görə, qanunsuz qruplaşma video yayaraq, Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının Güney Azərbaycan vətəndaşlarının bəzilərinə pul qarşılığında Təbriz küçələrində şüar yazmağı və ya bayraq asmağı təklif edən səs yazılarını aşkarladıqlarını iddia ediblər:
“Videonun “Hüseyniyyun” terror qruplaşmasının studiyasında hazırlandığını hər kəs başa düşə bilər. Bu videoda Quzey Azərbaycan ləhcəsi ilə danışan və sonradan hesablarına pul yatıra bilmələri üçün Güney Azərbaycanda insanlara şüar yazmaq və ya bayraq quraşdırmaq üçün pul təklif edən iki nəfərin səsi eşidilir. Bu səslərin “Hüseyniyyun” terrorçularının özlərinə aid olmadığını necə bilə bilərik?! Hansı təhlükəsizlik xidməti qarşı tərəfin telefonunda qalan və sonra digər insanlara və ya təhlükəsizlik xidmətlərinə ötürülə bilən adi messencer vasitəsilə belə həssas söhbətlər göndərər? Kəşfiyyat agenti belə bir risk edərmi? Hər kəs bilir ki, hər ölkədə şəxsi hesab nömrəsinə pul köçürmək asanlıqla aşkarlanıb izlənilir. Hansı kəşfiyyat agenti belə naşılıq edər? Aydındır ki, məqsəd Güney Azərbaycanda Milli Hərəkat fəalları üçün yeni iddialar qaldırmaq, türk fəallara qarşı psixoloji müharibə başlatmaqdır. Bu da “Hüseyniyyun” terror qruplaşmasının tərəfindən həyata keçirilir və faşist İranşəhri hərəkatının mediası vasitəsilə nəşr etdirilir”.
Videonun saxta olmasının açıq-aydın sezildiyini qeyd edən kanal məlumatda bildirib ki, görüntüləri yayanlar məqsədli şəkildə öz çirkin planlarını həyata keçirmək niyyətindədirlər.
“Maraqlıdır ki, sözügedən videonun aparıcısı bir neçə gün əvvəl İran dövlət televiziyasında Azərbaycan türk xalqına qarşı təxribat yönümlü çıxış edirdi. Məlumdur ki, bu şəxs və onun əlbir olduğu terror hərəkatı İranda dövlət qurumlarının dəstəyinə malikdir. İllərdir Güney Azərbaycan şəhərlərinin küçələri türk fəallarının maarifləndirmə fəaliyyətinə şahidlik edir. Hazırda xüsusilə sosial şəbəkələrdə təzahür edən Güney Azərbaycanda, eləcə də İranın digər bölgələrində türk millətinin milli kimliyə qayıdış hərəkatı hər kəsə aydındır. Hansısa ölkənin təhlükəsizlik xidmətlərinin pul ödəməsi ilə belə böyük bir hərəkatın yarana biləcəyini düşünmək həqiqətlərə göz yummaq üçün sadəlövhcəsinə bir cəhddir. İran İslam Respublikasının əsaslarını təşkil edən “İranşəhri” ideyası nə İranda türk məsələsini aradan qaldırmaq, nə də bu məsələnin həllinə nail ola biləcək gücə sahib deyildir”, - deyə yazı müəllifi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm