İcma: "Ermənistana ünvanlanmış dialoq təklifinin ərazi iddiası kimi hesab olunması qəbuledilməzdir"
İcma: "Ermənistana ünvanlanmış dialoq təklifinin ərazi iddiası kimi hesab olunması qəbuledilməzdir"
Yusif Nəzərli
08:10 28.07.2023
Gündəm
343
Qərbi Azərbaycan İcması son günlər bir sıra Ermənistan rəsmiləri tərəfindən Qərbi Azərbaycana qayıdışa dair səsləndirilən bəyanatları qınayır. Bu, bir daha Ermənistanda azərbaycanofobiyanın hökm sürdüyünü bariz şəkildə sübut edir.
"Report" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı açıqlamasında yer alıb.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqları, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddialar isə, ümumiyyətlə, heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır.
“Qərbi Azərbaycan İcmasının Ermənistana ünvanlanmış dialoq təklifinin ərazi iddiası kimi hesab edilməsi qəbuledilməzdir.
Ermənistan rəsmilərinin bəyanatları həm də onu göstərir ki, Ermənistan son vaxtlar Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından olduqca narahatdır.
Bundan əlavə, Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “müstəsnalığına” dair dedikləri insan hüquqlarına kökündən ziddir. Ermənistan hökumətinə bir elementar həqiqəti xatırlatmaq istərdik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci bəndinə əsasən “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar”.
Həmçinin həmin Bəyannamənin 13-cü bəndinə əsasən, hər bir insanın öz ölkəsinə qayıtmaq hüququna malikdir. Ermənistandan zorla qovulmuş azərbaycanlılar bu hüquqlarının təmin edilməsi üçün öz dinc mübarizələrini əzmlə davam etdirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya