
İki il sonra rus əsgərləri Qarabağdan çıxacaq
11:55 22.06.2023
Gündəm
339
Bakı 2020-ci ildə tam nail ola bilmədiyi işi mərhələ-mərhələ həyata keçirir 10 noyabra keçən gecə imzalanan üçtərəfli bəyanat mövcud şərtlərə görə atılmış ən uyğun addım idi
Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran İstintaq komissiyasının iclasında çıxışı zamanı 10 noyabr 2020-ci il razılaşmasına dair açıqlamaları xüsusilə maraqlıdır. Çünki həmin gün Azərbaycanda da müəyyən proseslər yaşanmışdı. Görünən odur ki, hadisələrin üzərindəki sirr pərdəsi zamanla açılır. Düzdür, erməni təhlilçilərə görə, Ermənistanın baş nazirinin dedikləri ictimai rəydə özünü haqlı çıxarmağa hesablanıb. Lakin müəyyən məqamlara aydınlıq gətirilməsi baxımından diqqətəlayiq hesab oluna bilər. Rusiyalı politoloq Sergey Markedonov deyib ki, Paşinyanın “iyun tezisləri”nin indi ortaya çıxması təsadüfi deyil. Onun sözlərinə görə, Ermənistan xoşagəlməz və dəhşətli spektrdə ən çətin çağırışlar və qərar qəbuletmə perspektivləri ilə üz-üzədir: "1994-2020-ci illərdəki status-kvoya qayıtmaq mümkün deyil, hətta baş nazirin alovlu əleyhdarları da bunu başa düşürlər. Hərbi resurslar və kritik ictimai dəstək yoxdur. Kənar oyunçular da İrəvanın ötən illərdəki maksimalist planlarını həyata keçirməyə həvəsli deyillər. Beləliklə, Ermənistan cəmiyyətinin və siyasətçilərinin qəbul edə biləcəyi ardıcıl hekayələr tapmaq istəyi yaranır. Güzəştlərin və məğlubiyyətlərin qaçılmazlığı haqqında tezislərin fəal şəkildə təbliği də buna görədir. Məgər Paşinyan siyasi prezentizmlə məşğul olub, məsuliyyəti sələfləri və Rusiyanın üzərinə atır? Bəli, təbii ki, o, alim deyil, siyasətçidir. O, bu konkret şəraitdə hakimiyyətini saxlamaq istəyir".

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bəyan edib ki, Ermənistan Ağdamı Hadrutla “barter” etmək istəsə də qəbul olunmayıb. Ekspertin sözlərinə görə, ilkin mətn 9 noyabrda səhər saatlarında imzalanıb, lakin günün sonunda Bakı yeni tələblər irəli sürərək, imzalanmış sənədi dövriyyədən çıxarıb: "Azərbaycanın yeni tələblərindən biri Qazaxın 7 kəndinin qaytarılmasının da mətnə daxil edilməsi olub. İrəvan razılaşmayıb və yekunda bu bənd bəyanatdan çıxarılıb. Lakin bununla bağlı Ermənistanın öhdəlik götürdüyü, bu kəndlərin delimitasiya prosesinə saxlanıldığına dair məlumatlar var. Bakının müharibənin başa çatması şərtlərindən biri kimi bunu irəli sürməsi məsələnin ən azı şifahi olaraq razılaşdırıldığını deməyə əsas verir. Azərbaycan XİN-in bəyanatlarında “şifahi razılaşmaya” işarə etməsi də bununla bağlıdır və məsələ delimitasiya prosesinə daxil edilib. Digər tələb Zəngəzur dəhlizi ilə bağlı olub. Paşinyan dəhlizlə razılaşmadıqlarını bildirir. Hərçənd, bəyanatda “dəhliz” ifadəsinin çıxarıldığı, dəhliz rejimi ilə işləyəcək “maneəsiz keçid” olaraq qeyd olunduğu bəllidir".
Ekspertin fikrincə, Paşinyan da etiraf edir ki, hər şey Şuşanın azad olunması ilə dəyişib: "Görünür, bunu təkcə Ermənistan yox, Rusiya da gözləmirmiş. Əslində masadakı mətni Azərbaycan əsgərinin yazdığını deyə bilərik. 10 noyabra keçən gecə imzalanan üçtərəfli bəyanat Azərbaycanda da ciddi mübahisə mövzusu oldu. Hələ də bunu “məğlubiyyət” hesab edənlər var. Bu, mövcud şərtlərə görə atılmış ən uyğun addım idi. Şərtlərin nə olduğunu isə bilmirik. Lakin 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə Qarabağda “statusun” verilməməsindən tutmuş Laçın dəhlizinin ləğv edilməsinə qədər atılan addımlar göstərir ki, Bakı 2020-ci ildə tam nail ola bilmədiyi işi mərhələ-mərhələ həyata keçirir və iki il sonra rus əsgərlərinin çıxacağı şərtləri yetişdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə