İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
09:10 01.06.2022
Gündəm
467
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Respublikası Baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Zorana Mixayloviç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin və xalqımızın rifahı naminə görülən işlər, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Serbiya Baş nazirin müavini, mədən və energetika naziri işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini və səfər zamanı dağıntıları öz gözü ilə gördüyünü bildirib.
Dövlətimizin başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışıb.
Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
12:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Respublikası baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib.
Bununıa bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə