İran hökuməti vasitəçilərə bildirib ki, ABŞ-la atəşkəs danışıqları yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra bərpa olunacaq.
Sherg.az xəbər verir ki, Press TV-yə danışan yüksək vəzifəli iranlı məmur amerikalıların təklif etdiyi planı “həddindən artıq” və “döyüş meydanından uzaq” adlandırıb.
İranın tələb etdiyi şərtlər bunlardır:
Tam “aqressiya və qətllərin” dayandırılması;
Müharibənin yenidən başlamayacağına zəmanət;
Hərbi zərərlər və təzminatlar üçün dəqiq kompensasiyanın təmin olunması;
Regionda bütün müqavimət qrupları üçün müharibənin hər tərəfdə başa çatması;
İranın Hörmüz boğazında suveren hüquqlarının beynəlxalq səviyyədə tanınması və təminatı.
Mənbə vurğulayıb ki, “İranın müdafiə əməliyyatları bu şərtlər yerinə yetirilənədək davam edəcək” və “Müharibə yalnız İran bitməli olduğunu qərar verdikdə sona çatacaq, Trampın təklifinə görə deyil”.
"NYT" və "Axios" yazır ki, ABŞ İrana 15 maddədən ibarət atəşkəs planı göndərib. Plan arasında yüksək zənginləşdirilmiş urandan imtina, BMT-nin yoxlamalarının artırılması, ballistik raketlərin məsafəsinin məhdudlaşdırılması və proksi qüvvələrə dəstəyin azaldılması yer alıb. Lakin bu danışıqlar sülh sazişi ilə nəticələnməyib.