İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT: Külli miqdarda qızıl ƏLƏ KEÇDİ - FOTO
Yusif Nəzərli
10:20 02.06.2022
Gündəm
687
İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılmış, yerli hüquq mühafizə orqanları məlumatlandırılaraq sərhəd pozucularının təqibinə başlanılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonunun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı M.Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf ediblər.
M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçirilmiş axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7 050 qutu “Marlboro” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya