İran Ermənistanı şirnikləşdirir - Kənan Novruzov
Yusif Nəzərli
12:46 27.07.2023
Gündəm
931
"Səslənən bəyanatlar və verilən proqnozlar həm də informasiya müharibəsinin manipulyasiya cəhdlərinin tərkib hissəsidir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun açıqlamasına münasibət bildirərkən deyib.
O əlavə edib ki, diplomatiyada sözlərə yox, addımlara baxmaq lazımdır:
"Ancaq əlbəttə, üçtərəfli görüşdə İran məsələsinin də müzakirə olunması ehtimalı var. Əvvəla ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu elə qurumdur ki, onun dedikləri bir çox hallarda həqiqətə uyğun olur. Həmçinin İranın Ermənistana olan münasibəti də məlumdur. Düzdür son zamanlarda rəsmi Bakı və Tehran arasındakı gərginliyin azaldığı müşahidə olunur. Lakin tələsmək lazım deyil. Çünki ehtimal var ki, rəsmi Tehran saman altından su yeritsin. Hər halda İranın Ermənistandan asanlıqla imtina edəcəyi mümkün görünmür. Ona görə ki, Cənub qonşumuz məhz Ermənistan vasitəsilə regiondakı çirkin niyyətlərini həyata keçirməyə çalışır. İndi nəzərə alsaq ki, regionda vəziyyət kritikdir və Azərbaycanın anti-terror əməliyyatları keçirmə ehtimalı var, İranın Ermənistana dəstəyini artırması istisna deyil. Belə vəziyyət isə İrəvan Tehrandan daha çox asılı vəziyyətə düşəcək. Yəni İran
Ermənistanı şirnikləşdirir və özündən asılı vəziyyətə salır”.
Analitikin sözlərinə görə, bu Rusiyanın xoşuna gəlmir:
“Çünki rəsmi Moskva deyir ki, Ermənistan mənim forpostumdur və maraqlarımı təmin etməlidir. Ümumiyyətlə İran və Rusiya bəzi məsələlərdə tərəfdaşlıq etsələr də, onların maraqlarının uzlaşmadığı da kifayət qədər sahə var. Ona görə də, İran-Ermənistan əməkdaşlığının artmasının, Rusiya tərəfindən bəyənilməməsi ehtimalı yüksəkdir. Əslində bu vəziyyət bizim maraqlarımıza uyğundur. Çünki Şimal və Cənub qonşumuzun arasında gərginlik artacaq. İkincisi Rusiya Ermənistandan intiqam almağa çalışa bilər. Bu mənada hətta ehtimal var ki, Moskva görüşündə Lavrovla Mirzoyan arasındakı təkbətək danışıqlarda bu məsələ müzakirə olunub. Ümumiyyətlə düşünürəm ki, hazırkı geosiyasi reallıq maraqlarımıza uyğundur".
Qeyd edək ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb ki, İyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya Ermənistanla Azərbaycan arasında tərəflərin müxtəlif mövqelərini dəstəklədiyini bildirsə də, uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa davam edib.
Vurğulanıb ki, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir: “Canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey
Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. Bəzilərinin fikrincə, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir”.
Amerikalı analitiklərin fikrincə, Ermənistan Azərbaycanla son hərbi gərginliklər zamanı İranın “Shahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib: “Ola bilsin, Moskvada keçirilən üçtərəfli görüşdə bu məsələ də müzakirə edilib. İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”.
Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Danışıqlar S.Lavrovun təşəbbüsü ilə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya