İran Milli Təhlükəsizlik Şurasından xəbərdarlıq: Tehranı boşaldın!

İran Milli Təhlükəsizlik Şurası sakinlərə paytaxt Tehranı tərk etməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Ölkənin təhlükəsizlik orqanının açıqlamasında deyilir ki, ABŞ və İranın davam edən hücumları ilə əlaqədar olaraq, sakinlər mümkün qədər sakitliyi qoruyaraq, imkan daxilində başqa yerlər və şəhərlərə köçməlidirlər.