İran Rusiya gəmilərinin Hörmüz boğazından keçidi üçün tətbiq olunan xüsusi rejimi bundan sonra da qüvvədə saxlayacaq.
Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a müsahibəsində deyib.
Diplomat bildirib ki, Tehran dost ölkələrə münasibətdə xüsusi keçid rejimini qoruyacaq.
"Təbii ki, dost ölkələr üçün xüsusi rejim mövcuddur və bundan sonra da qüvvədə olacaq", – deyə Kazım Cəlali vurğulayıb.
Səfirin sözlərinə görə, bu yanaşma İranın dost dövlətlərlə əməkdaşlıq siyasətinin tərkib hissəsidir və Rusiya gəmilərinə də şamil edilir.