
İran və Azərbaycan arasında elmi əməkdaşlıq güclənir -AKTUAL
Yusif Nəzərli
06:34 07.05.2025
Gündəm
674
Bir çox siyasi proseslər İranın da Azərbaycana yaxınlaşmasını labüdləşdirir
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Bu xəbər Azərbaycan və İran arasında elmi və analitik sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.
Azərbaycan və İran arasında BMTM ilə IPIS arasında imzalanan Anlaşma Memorandumunun regional əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına verəcəyi töhfələri dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan hesab edir ki, bu əməkdaşlıq iki ölkə arasında geosiyasi gərginliklərin yumşaldılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, münasibətlərin səhmana salınması müsbət haldır:

“Ümumiyyətlə, bu məqsədlə görülən işləri təqdir etmək lazımdır. Azərbaycanın mövqeyi həmişə sülh, dostluqdan yana olub. Siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin inkişaf etdirilməsi ümumiyyətlə region üçün faydalı və önəmlidir. Təbii ki, İran Azərbaycana qarşı bəzi yanlış siyasi addımlarından əl çəksə və Ermənistanı silahlandırmağı dayandırsa, ona münasibət də fərqli olar. İslam dəyərlərinə, qonşuluq münasibətlərinə, dostluğa önəm vermək və münasibətləri qorumaq üçün ortaq layihələrin, işlərin icrası müsbətdir.
Ümid edirəm ki, bir çox siyasi proseslər İranın da Azərbaycana yaxınlaşmasını labüdləşdirir. Yürütmək istədiyi aqressiv siyasət nəticəsində dünyadan təcrid olunmağa aparan yolu izləməyin faydasız olduğunu dərk edir. Təbii ki, Azərbaycan həmişə səmimi dostluq, qarşılıqlı müsbət əlaqələrin tərəfində olub. Arada qurulan yeni əlaqələr təbii ki, münasibətləri səhmana sala bilər. Amma İran gərək bu münasibətlərdən yenidən sui-istifadə edərək ölkəmizdə din adı altında agentura şəbəkəsi qurmağa cəhd etməsin və narkotik ixracının qarşısını alsın. Əgər onun Azərbaycanla cəhd etdiyi bu münasibətlər xoşməramlı olarsa, təbii ki, alqışlanmalıdır”.
Oxşar xəbərlər
Ankara Zirvəsi Türkiyənin strateji mərkəz ölkəyə çevrildiyini göstərir - General Yücel Karauz
19:46 07.07.2026
Ərdoğan və Trampın görüntüləri tam etimad və uyğunluq mesajı verir - Bədən dili eksperti
19:15 07.07.2026
Xəbər lenti
Hamısına bax
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm