İranla Azərbaycan arasında müharibə başlaya bilərmi?
Yusif Nəzərli
09:12 07.10.2021
Gündəm
500
Son vaxtlar İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda tərəflər arasında müharibənin başlanması məsələsi müzakirə edilir. Amma, fikrimcə, bu, real deyil. Tehran belə böyük riskə getməz. Birincisi, ona görə ki, daxildəki 50 milyon soydaşımız bunu görməzdən gəlməz və mütləq yerli hakimiyyətə qarşı çıxış edər. Hətta hakimiyyətin devrilməsi ehtimalı da istisna deyil.
İkincisi, İsrail onsuz da İranı hədəfə almaq üçün “girəvə” axtarır. Tehranın Bakıya “dil uzatması” bunun üçün yaxşı səbəb ola bilər. Çünki İsrail bizim müttəfiqimiz, dostlarımızdan biridir. Cənub qonşumuz isə bizim daxili işlərimizə, ikitərəfli münasibətlərimizə qarışmaqla lap əndazəni aşır. Bu, ona baha başa gələ bilər.
Üçüncüsü, Rusiya buna imkan verməz. Çünki onda indikindən fərqli olaraq səssiz qala bilməyəcək. Proseslərə istər-istəməz münasibət bildirməli, hətta aktiv iştirakçıya çevrilməli olacaq. Hərçənd Moskva nə Bakı, nə də Tehranla münasibətləri pisləşdirməkdə maraqlı deyil.
Cənub qonşumuz bütün bunları yaxşı anlayır. Odur ki, onun hazırkı ritorikası “əzələ nümayişi”ndən başqa bir şey deyil. İran sadəcə Azərbaycanın güclənməsini istəmir. Bunun əsas səbəblərindən biri, heç şübhəsiz, soydaşlarımızın müstəqillik eşqi ilə “ayağa qalxmasından” keçirdiyi narahatlıqdır. Ona görə də Ermənistan vasitəsilə bizə təzyiq edir. İrəvan “ac toyuq yuxusunda darı gördüyü kimi” yerə-göyə sığmır. Alət olduğunu başa düşmür. Elə bilir, digər dövlətlər, o cümlədən İran onun qara gözünə- qara qaşına aşiq olublar.
Moskva indiyə kimi Tehranın "şıltaqlığına" göz yumsa da, görünür, artıq o da narahat olub. Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarının görüşündə regiondakı vəsiyyət də müzakirə olunub. Ola bilsin, Kreml cənub qonşumuza sabotajlar barədə münasibətini bildirib. Görüşdən sonra yaxın gələcəkdə prezidentlərin bir araya gələcəyi açıqlandı. Düşünürəm ki, bu, Cənubi Qafqazda sabitliyi təmin etməyə, İranın "özünü yığışdırmasına" səbəb olacaq. Bəzilərinin fikrincə, təxribatların arxasında dayanan elə şimal qonşumuzdur. Mümkündür. Bu, bəlkə də, Bakını çətin vəziyyətdə qoymağa hesablanıb. Amma Azərbaycanın qətiyyətli mövqeyi göz önündədir. İstənilən halda "suların bundan daha çox bulanacağını" düşünmürəm. Bu, müharibə deməkdir. Və əgər hərbi əməliyyatlar başlasa, ikitərəfli olmayacaq. Regional, hətta ola bilsin, qlobal səciyyə daşıyacaq.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya