
İrəvana XƏBƏRDARLIQ - Gələcəyə baxmaq lazımdır!
05:41 23.06.2023
Gündəm
272
Kreml Paşinyana imzasını geri çəkməyə imkan verməyəcək
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə barəsində bəyanatlarını şərh edib. M.Zaxarova vurğulayıb ki, məhz Rusiya 2020-ci ilin payızında atəşkəs əldə edə və regionda sülhü bərpa edə bildi. XİN sözçüsü vurğulayıb ki, bunlar kağız üzərində qeydə alınıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatında əks olunub: "Bunu necə başqa cür adlandırmaq olar? Axı bu bəyanatlar hər üç tərəfdə hazırlanandan sonra qəbul edilib. Yoxsa kimsə o vaxt razılaşdırılan sənədlərdən imzasını geri götürmək istəyir? Düşünmürəm”. Zaxarova qeyd edib ki, diqqəti həmin hadisələrə görə məsuliyyət daşıyanların tapılmasına deyil, 2020-ci ildən etibarən ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə yönəltmək lazımdır: “Mənə elə gəlir ki, diqqəti həmin hadisələrin səbəbkarlarını tapmağa yönəltmək lazım deyil, bu işi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Biz diqqəti 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə yönəltməliyik. Onlar fundamentaldır, alternativi yoxdur. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesidir”.
Rusiya rəsmisinin Paşinyanın bəyanatlarına verdiyi reaksiyanı "Sherg.az"a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, erməni cəmiyyətində müharibə ilə bağlı belə bir fikir formalaşıb ki, Rusiya həmin vaxt Ermənistana lazımi səviyyədə dəstək verməyib.

Partiya rəhbərinin sözlərinə görə, Ermənistan Rusiya tərəfindən qurulmuş qondarma "dövlət" olduğuna görə, elə hesab edir ki, Moskva ermənilərə daim borcludur: "Yəni Kreml hər məsələdə, hər dönəmdə İrəvanın yanında olmalıdır, ona arxa çıxmalıdır. Məlumdur ki, Rusiya müharibə dövründə müəyyən mənada neytral mövqe tutmağa məcbur qaldı. Azərbaycan Ordusunun qarşısında tək qalan Ermənistan silahlı qüvvələri, sadəcə, 44 gün tab gətirə bildilər və ağır məğlubiyyətə düçar oldular. Nəticədə ermənilərin 30 il ərzində formalaşdırdığı mif məhv edildi və torpaqlarımız işğaldan azad olundu. Möhtəşəm bir qələbə qazandıq. İndi həmin hadisələr yenidən xatırlanır və Paşinyan üçtərəfli sazişə gedən prosesləri təhrif etməklə özünü təmizə çıxartmağa çalışır. Müharibədəki uğursuzluqları keçmiş hakimiyyətin üzərinə atmaq istəyir. Lakin ağrılı məğlubiyyətin gündəmə daşınması və Paşinyanın ifadələri erməni cəmiyyətində Rusiyaya qarşı neqativ fikirləri gücləndirir. Rusiya məhz bundan narahatdır və istəmir ki, erməni cəmiyyətində Moskvaya münasibətdə mənfi baxışın miqyası genişlənsin. Zaxarova ona görə deyir ki, Ermənistan rəhbərliyi və cəmiyyəti geriyə yox, qabağa baxmalıdır".
A.Əlizadə vurğulayıb ki, fakt faktlığında qalır: "Qarabağ münaqişəsinin yaradılmasında, torpaqlarımızın işğalında və bunun 30 il davam etməsində Rusiyanın əhəmiyyətli rolu danılmazdır. Lakin M.Zaxarovanın "keçmişə yox, gələcəyə baxmaq lazımdır" çağırışı doğru yanaşmadır. Paşinyan 10 noyabr bəyanatına imza ataraq üzərinə öhdəliklər götürüb və onları icra etməlidir. Silahlı quldur dəstələri Qarabağ ərazisindən çıxarılmalı və nəqliyyat kommunikasiya xətləri istiqamətində ciddi addımlar atmalıdır. Təbii ki, yekun sülh üçün rəsmi Bakının irəli sürdüyü 5 əsas prinsip qəbul olunmalıdır. Görünən isə odur ki, İrəvan hökuməti hələ də "bəlkə qaytardılar" düşüncəsindən əl çəkə bilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə