
İrəvanda tarixi görüş reallaşdı - GÜNDƏM
04:21 23.10.2025
Gündəm
554
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri ilk dəfə bir masa arxasına keçib
Azərbaycanın təşəbbüsü nəticə verir, Ermənistanla sülh danışıqları real mərhələyə keçdi
İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Ermənistan mediası xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.
Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər. İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün ikinci hissəsində Qriqoryan iştirak edənlərin suallarını cavablandırıb.
Məlumata görə, müzakirələrdə Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar müzakirə olunub. Eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə predmeti olub.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, işğal dövründə Azərbaycan və Ermənistanın ictimai nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin bu və ya digər formatlarda görüşləri keçirilib. Siyasi şərhçi vurğulayıb ki, işğal zamanı belə təmaslar kənar qüvvələrin vasitəçiliyi, təşkilatçılığı ilə baş tutub:

"O zaman belə iddialar var idi ki, belə görüşlər tərəflər arasında etimad mühitini yaradacaq, tərəflər bir-birini daha yaxşı anlamağa başlayacaqlar. Yəni ictimai təmasların sülhə gedən yolda prosesləri sürətləndirəcəyi ehtimal olunurdu. Amma işğal dövründə bu cür təşəbbüslər nəticə vermədi, verə də bilməzdi. Çünki Azərbaycan əraziləri işğal altında idi. Əslində, görüşləri təşkil edən dairələrin məqsədi də o idi ki, Azərbaycan tərəfini işğal reallığı ilə barışmağa məcbur etsinlər. Azərbaycanın öz ərazilərini geri qaytarmaq təşəbbüslərini sıfırlasınlar. İndi vəziyyət tamam başqadır. Xüsusən, son iki ildə Azərbaycanın təşəbbüsü ilə ikitərəfli formatda aparılan danışıqlar ciddi nəticələrə gətirib çıxartdı. Mart ayında tərəflər sülh müqaviləsinin mətninin hazır olduğunu bəyan etdilər. Avqustun 8-də isə sənəd paraflandı və tərəflər ortaq bəyanat imzaladılar. Artıq həm Ermənistan, həm də Azərbaycan birmənalı olaraq sülh prosesinin geridönməz olduğunu vurğuladılar. Prezident İlham Əliyev Vaşinqtonda söylədi ki, tərəflər arasında münaqişə bitdi və biz sülh istiqamətində addımlarımızı atacağıq".
Siyasi şərhçi bəyan edib ki, 8 avqust görüşündən sonra Azərbaycan-Ermənistan nümayəndələri arasında təmaslar sıxlaşıb, davamlı şəkildə müzakirələr aparılır:
"O cümlədən, kommunikasiyaların açılmasına dair müzakirələr aparılır, sərhədlərin delimitasiya, demarkasiyası üzrə komissiyaların mütəmadi görüşləri keçirilir. Zəngəzur dəhlizinin açılması ilə ABŞ və Ermənistan arasında müəyyən ilkin addımlar atılır. "TRİPP" layihəsinin həyata keçirilməsi üçün ABŞ tərəfindən 145 milyon dollar həcmində maliyyə vəsaitinin ayrılması ilə bağlı öz mövqeyini açıqladı. Artıq tərəflər arasında etimad quruculuğunun da real nəticələri görünməyə başlayıb. Bu baxımdan rəsmi görüşlərə paralel olaraq ictimaiyyət nümayəndələrinin təmasları da ümumi sülh prosesinə müsbət təkan verə bilər. Reallıq odur ki, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə iki millət arasında dərin çatlar yaradıb. Bunun bərpa olunması üçün gərgin əməyə və xeyli zamana ehtiyac olacaq. Amma hər halda proses başlanmalıdır və göründüyü kimi artıq bəzi işlər görülməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi