İsrail orduya əmr verdi: Qəzzaya gedən yardım gəmisi saxlanılacaq
Yusif Nəzərli
13:10 08.06.2025
Gündəm
318
İsrailin müdafiə naziri İsrael Katz, “Madlin” adlı gəminin Qəzza sahillərinə yaxınlaşmasının qarşısını almaq üçün ordunun bütün zəruri tədbirləri görəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində paylaşım edib.
“İsrail Müdafiə Qüvvələrinə "Madlin" gəmisinin Qəzzaya yaxınlaşmasının qarşısını almağı əmr etmişəm. Qreta və onun HƏMAS-ı təbliğ edən dostlarına aydın mesajım var: geri dönün, Qəzzaya çata bilməyəcəksiniz”, – paylaşımda deyilir.
Nazir əlavə edib ki, İsrail blokadanı yarmaq və ya Qəzzadakı silahlı qruplaşmalara yardım göstərmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Qeyd edək ki, “Madlin” gəmisi 1 iyun tarixində Siciliya sahillərindən Qəzzaya doğru yola düşüb. Gəmidə uşaq qidası, gigiyenik vasitələr, tibbi ləvazimat və digər humanitar yardım məhsulları mövcuddur. Onun Şərqi Aralıq dənizinə yaxın günlərdə çatması gözlənilir. Gəmidə tanınmış ekofəal Qreta Tunberq də daxil olmaqla 12 aktivist humanitar yardım aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm