İsrail təhlükəsizlik kabinetini İranla bağlı topladı

İsrailin təhlükəsizlik kabineti ABŞ-nin İrana mümkün hücumu ehtimalını müzakirə edib.

Sherg.az xəbər verir ki, iclasda İran və digər cəbhələr üzrə son vəziyyətlə bağlı geniş məlumat verilib.

Baş nazir Binyamin Netanyahu ABŞ-nin mümkün müdaxiləsinə “Hizbullah”ın reaksiyasını təhlükəsizlik rəsmiləri ilə müzakirə edib. İsrail rəsmiləri arasında təşkilatın birbaşa münaqişəyə qoşulub-qoşulmayacağı ilə bağlı fikir ayrılığı var.

Bu arada, Oman vasitəçiliyi ilə aparılan ABŞ–İran dolayı nüvə danışıqlarının üçüncü raundunun fevralın 26-da Cenevrə şəhərində keçiriləcəyi bildirilib. Tərəflər arasında əsas fikir ayrılıqları qalmaqdadır.