İsrail Tehrandakı istehsal müəssisələrinə və müdafiə sistemlərinə hücum etdi.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hava və dəniz silah istehsalı müəssisələrinə bir sıra zərbələr endirdi. Paralel olaraq, yer-hava raket buraxılış məntəqəsi və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi başqa bir obyekt də daxil olmaqla müdafiə qurğularına zərbələr endirildi", - məlumatda bildirilib.