İsrail və Yunanıstan Baş nazirləri Kiprdə görüşüb

İsrail Baş naziri Binyamin Netanyahu və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Kiprdə görüşüb.

APA "i24 news"a istinadən xəbər verir ki, İsrail və Yunanıstan Baş nazirləri arasında görüş Netanyahunun Nikosiyaya səfəri çərçivəsində baş tutub.

Bildirilib ki, İsrailin baş naziri Binyamin Netanyahu Prezident sarayında Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə təkbətək görüş keçirib.