İsraildə keçirilən son sorğular Baş nazir Benyamin Netanyahu və onun koalisiyasının ciddi dəstək itkisi ilə üzləşdiyini göstərir.
Sherg.az xəbər verir ki, anket sorğusuna görə, bu gün seçki keçirilsə, Netanyahu rəhbərlik etdiyi Likud Partiyasının mandatı 32-dən 25-ə düşəcək. Heç bir partiya 61 mandatlıq çoxluğu təkbaşına qazana bilmir və hökumətin formalaşdırılması üçün koalisiyalar zəruri olur.
Sorğulara əsasən vəziyyət belədir:
Müxalifət güclənir, bəzi partiyalar mandatlarını artırır
Hakimiyyət koalisiyası isə ümumilikdə zəifləyir
Hökumətin formalaşmasında ərəb partiyalarının (Raam və Hadash-Taal) həlledici rol oynadığı bildirilir
Məlumata görə, nə hazırkı hakim koalisiya, nə də müxalifət təkbaşına hökumət qura bilmir. Koalisiya balansı ərəb partiyalarının mövqeyindən asılı hala gəlir.
Eyni zamanda liderlik sorğularında Netanyahu aşağı reytinq göstəriciləri ilə diqqət çəkir, bəzi hərbi və kəşfiyyat rəhbərləri isə daha yüksək etimad qazanır.