İsrailin müdafiə naziri: "İrana zərbə endirmək üçün ABŞ-nin qərarını gözləyirik"

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkəsi İrana qarşı müharibəni davam etdirməyə hazırdır və bunun üçün yalnız Vaşinqtonun qərarını gözləyir.

Oxu.Az bildirir ki, bu barədə EFE agentliyi nazirin videomüraciətindən sitat gətirib.

"Biz Xamenei sülaləsinin məhvini başa çatdırmaq və İranı daş dövrünə qaytarmaq üçün ABŞ-dən "yaşıl işıq" gözləyirik", - deyə İ.Kats vurğulayıb.

O, həmçinin qeyd edib kİ, İsrail Müdafiə Ordusu həm müdafiəyə, həm də hücuma hazırdır, hədəflər müəyyən edilib.