“İstiqlal müharibəmizdə qalib gəldik”
Banuçiçək Kalbalıyeva
10:29 10.11.2020
Gündəm
948
“Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir”. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlətimizin başçısı deyib: “Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!”.
Beləliklə, imzalanmış bəyanatla genişmiqyaslı hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan cəmi bir ayda otuz ilin heyfini çıxdı.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında xalqı tarixi qələbə münasibətilə təbrik edib:
“Biz düşməni sülhə məcbur etdik. Şuşanı hədiyyə almadıq, qan tökərək, vuruşaraq aldıq. Türkiyə yanımızda olduqca uğurlarımız da artacaq. Sözügedən bəyanatın ən mühüm cəhətlərindən biri Naxçıvana dəhlizin açılması və Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılmasıdır.
Prezidentimizin də dediyi kimi, biz tolerant millətik. Odur ki, ermənilərlə azərbaycanlılar birlikdə yaşaya bilərlər.
Bunun üçün heç bir əngəl yoxdur. Azərbaycan öz imkanlarındna istifadə edərək Qarabağı cənnətə döndərməyə qadirdir. Bizim həmin torpaqlarla bağlı böyük layihələrimiz var. Sadəcə dekabrın birinədək səbr etməliyik.
Bundan sonra isə ata-baba torpaqlarında quruculuq işləri başlayacaq. Əlbəttə, Azərbaycan xalqının birliyi, bizim bir yumruqtək birləşməyimiz qələbəni daha da sürətləndirdi. Azərbaycan xalqı bundan sonra da həmrəy olmalıdır.
İkinci Dağlıq Qarabağ savaşı istiqlal müharibəmiz idi və biz qalib gəldik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya