Kamran Əliyev Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi keçirib
13:37 09.07.2023
Gündəm
457
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, K.Əliyev müşavirədə giriş nitqi ilə çıxış edərək, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasında rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.
Həmçinin, Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran K.Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşlarının iş şəraitilə yerində tanış olan K.Əliyev "Elektron Prokurorluq İnformasiya Sistemi"nin tətbiqi ilə də yaxından maraqlanıb.
"Prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid bir elektron platformada birləşdirən bu informasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin, eləcə də vətəndaş məmnunluğunun artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir" - baş prokuror bildirib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan hərbi prokurorluğuna verilən yeni kriminalistik və xidməti avtomobillərə baxış keçirilib.
Sonda xatirə fotoşəkilləri çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya