“Keçmişimizi unudub, müharibənin indiki nəticəsi ilə kifayətlənsək...” - Politoloq
Yusif Nəzərli
06:09 23.07.2023
Gündəm
361
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Ermənistandakı revanşist qüvvələrdən də danışıb. Dövlət başçısı bildirib ki, bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik: "Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq". Ölkə rəhbəri vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayırlar.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistandakı revanşist qüvvələr daim təxribat törədirlər.
Analitik vurğulayıb ki, Ermənistanla şərti sərhədlərdəki gərginlik də bundan xəbər verir ki, İrəvan hakimiyyətində, orduda revanşist güclər kifayət qədərdir:
"Şübhə yox ki, məhz Ermənistandakı revanşist dairələrin göstərişi və tapşırığı ilə müxtəlif istiqamətlərdə təxribatlar baş verir. Dövlət başçısı çox doğru vurğulayır ki, biz keçmişi unutmamalıyıq və hər zaman ayıq-sayıq olmalıyıq. Nəzərə almalıyıq ki, biz sadəcə Ermənistan hakimiyyəti ilə deyil, eyni zamanda dünya erməniliyi ilə də mübarizə aparmışıq və bugün də aparırıq. Hələ də sülhə mane olan erməni diasporası və onların arxasında dayanan siyasi qruplarla mübarizəmiz davam edir. Keçmişimizi unutsaq və müharibənin indiki nəticəsi ilə kifayətlənsək, revanşist dairələr yenidən baş qaldıra bilər. Buna imkan vermək olmaz"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm