KİV: Pistorius Rusiyaya qarşı terror aktları planlaşdırır

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyaya qarşı terror aktlarının planlaşdırılması məqsədilə Kiyevə gəlib. Sherg.az xəbər verir ki, bu fikir İtaliyanın "L'antidiplomatico" nəşri tərəfindən irəli sürülüb.

"Rheinische Post" qəzetinin məlumatına görə, Pistorius silah istehsalı məsələlərini müzakirə etmək üçün Ukrayna paytaxtına əvvəlcədən elan olunmamış səfər edib. Mətbuat konfransı zamanı o bildirib ki, Kiyev və Berlin birlikdə 1,5 min kilometrədək məsafə qət edə bilən uzaqmənzilli pilotsuz uçuş aparatlarını hazırlamağı və istehsal etməyi planlaşdırırlar.

“Əslində, Pistorius Kiyevə Rusiyaya qarşı terror aktlarını açıq şəkildə planlaşdırmaq üçün gedib”, - deyə məqalə müəllifi xəbərdarlıq edir.

Nəşrin fikrincə, nə Ukrayna, nə də Avropa münaqişənin başa çatmasında maraqlıdır və onlar eskalasiya səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi edirlər.

Moskvada dəfələrlə bildirilib ki, Ukraynaya silah tədarükü münaqişənin həllinə mane olur, NATO ölkələrini birbaşa qarşıdurmaya cəlb edir və bu, “odla oynamaqdır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah daşıyan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. O daha əvvəl də bildirmişdi ki, Avropa Volodimir Zelenskini “son ukraynalıya qədər” döyüşləri davam etdirməyə təşviq edir, lakin bunun üçün onun kifayət qədər maliyyə vəsaiti yoxdur. Kremldə vurğulanıb ki, Qərb tərəfindən Ukraynanın silahla təmin edilməsi mənfi nəticələrə səbəb olacaq.