“Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir, onu Gürcüstanla müqayisə etmək boş fərziyyədir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze müxtəlif ölkələrin Avropa İttifaqına (Aİ) üzvlüyə hazırlığını müzakirə edərkən deyib.
“Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir. Bu, iqtisadi artıma da təsir göstərir. Son beş ildə, 2022-ci ildən bəri, Moldova iqtisadiyyatı ilə iqtisadi fərqimizi 14 milyard dollar artırmışıq. Bu, qismən korrupsiyanın və Moldovada yaranan institusional böhranın nəticəsidir. Ümumi mənzərə belədir. Hazırda Moldova və ya Ukraynanın Gürcüstanı üstələməsi barədə danışmaq boş fərziyyədir”, - Kobaxidze bildirib.
Albaniya, Bosniya-Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro rəsmi olaraq Aİ üzvlüyünə namizəddir. Gürcüstan hakimiyyəti ölkənin 2030-cu ilə qədər Aİ-yə üzvlüyə hazır olacağını açıqlayıb.