Komitə sədri deputata cavab verib
15:23 15.07.2023
Gündəm
323
Dərman vasitələrinin üzərində əmtəə nişanları deyil, yalnız formulu göstəriləcək
“Dərman vasitələri haqqında” qanunun iki maddəsində çox təzadlı fikirlər var”. Bunu Milli Məclisin dünənki iclasında millət vəkili Rəşad Mahmudov deyib. Deputat bildirib ki, dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır. Onun sözlərinə görə, təsiredici maddəsi olmayan dərman yoxdur: "Bu gələcəkdə bizə problem yarada bilər. Digər məsələ istehsalçının maraqlarının qorunması məsələsidir. İstehsalçıların nümayəndələrinin ölkəmizdə daha aktiv şəkildə fəaliyyətinə şərait yaratmalıyıq. Amma ticarət adına qadağa qoyuruq. Nə üçün Türkiyədə, Avropa ölkələrində belə maddə yoxdur?! Bizim həkimlərin səhvləri varsa da, o, düzəldilməlidir. Həkimlərə dəyər verməlidir. Nə üçün dünyada tibb işçilərinin inkişafı üçün işlər görənlərə əmtəə nişanının istifadəsinə qadağa qoyuruq?! Beynəlxalq səviyyədə qəbul olunmuş, ölkəyə şəffaf gələn dərmanlar var. Beynəlxalq səviyyədə qəbul edilmiş uyğun qiymətə preparatların satışına nəzarət məsələsi var. Bu qanunda nəzərdə tutulan tənzimləməni apteklər həyata keçirə bilərmi? Beynəlxalq səviyyədə buna nümunə yoxdur. Gələcəkdə geri dönüşü çətin olan problemlərə səbəb olan dəyişikliklərə gedə bilərik. Bunun izahının qanunvericilik subyekti tərəfindən verilməsini xahiş edirəm”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Rəşad Mahmudova cavab verib: “Dərman vasitələrinə aid olan bütün mütəxəssislərin iştirakı ilə bu layihə hazırlanıb. Dərman vasitələrinin üzərində əmtəə nişanları deyil, yalnız formulu göstəriləcək. Mən hesab edirəm ki, dünyada elə dərman tapa bilmərik ki, onun üzərində təsiredici maddəsi göstərilməsin. Dərman vasitələrinin üzərində ilk olaraq onun təsiredici maddəsinin göstərilməsi çox vacibdir. Bu, qanunsuzluqların da aradan qaldırılmasına kömək olacaq. Şübhəsiz ki, müddət keçdikcə dövrün tələbinə uyğun olaraq dərman vasitələrinə dəyişiklik də olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya