Koronavirus bioloji silahdır? – Politoloqla həkimin “fikri haçalandı” - AKTUAL
Banuçiçək Kalbalıyeva
10:17 10.02.2020
Gündəm
1122
Çində yayılan dəhşətli koronavirus haqqında müzakirələr davam etməkdədir. Bəzi dünya ekspertləri belə düşünürlər ki, koronavirus ABŞ tərəfindən istifadə edilən bioloji silahdır. Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edib.
Diplomat bildirib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər. Həmçinin koronavirusla mübarizəyə mane olar.
Məsələ ilə bağlı azərbaycanlı ekspertlərin fikirləri də fərqlidir. Siyasi elmlər doktoru Cümşüd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, koronavirusun bioloji silah olma ehtimalı çoxdur:
“Yayılan istənilən fərziyyədə müəyyən həqiqət olur. Bu fikir inandırıcıdır. Ona görə ki, Çin dünya bazarında ABŞ üçün ciddi rəqibə çevrilmişdi. İkinci bir tərəfdən isə ABŞ uzun müddətdir dünya ölkələrindən, o cümlədən Çindən qan nümunələri yığırdı. Niyə? Çünki yerli əhalininin qanını analiz edərək, insanların orqanizmini zəhərləyəcək maddə axtarırdı. Çində virusa yoluxanlarla ölənlər arasındakı kəskin fərq də bu işdə hansısa bir müəmmanın olduğunu təsdiqləyir”.
Politoloqun fikrincə, yayılan fikrin doğruluğuna zəmin yaradan bütün arqumentlərə baxmayaraq, bu, hələ ki, ehtimal olaraq qalır:
“Bütün mövcud tezislər onu göstərir ki, koronavirus, həqiqətən, bioloji silahdır. Məqsəd isə Çini zəiflətməkdir. Lakin heç kim əminliklə danışa, həmin ehtimalı nə təsdiq, nə də təkzib edə bilər. Yəqin, yaxın vaxtlarda ABŞ-ın reaksiyaları bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək”.
Həkim-allerqoloq Şahvələd Məmmədov isə yayılan məlumatların həqiqətə uyğun olmadığı qənaətindədir. O, düşünür ki, məsələyə siyasi çalarlar qatmaq düzgün deyil:
“Məsələdən kifayət qədər məlumatlıyam. Mənə elə gəlir ki, dünya dövlətləri arasında ciddi mübarizə politoloqları bu iddiaya inandırır. Ancaq ABŞ nə üçün bütün dünyanı təhlükə altında qoyub, sonra da şübhələri öz üzərinə çəkməlidir? Həm də virusun epidemik xüsusiyyətləri, yoluxma yolları müəyyənləşib. Odur ki, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət