Kreml: Ukrayna danışıqlarında hələ razılıq yoxdur

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli üçün növbəti danışıqlar turunun tarixi hələ müəyyən olunmayıb.

Sherg.az xəbər verir ki, Peskov, Moskvada jurnalistlərə açıqlamasında, danışıqların mürəkkəb və uzun proses olduğunu və hazırda böyük gözləntilərin olmadığını vurğulayıb. Həmçinin, Yaponiya ilə torpaq məsələlərində barış razılaşması imkanlarının məhdud olduğunu, dialoq olmadan bu istiqamətdə irəliləyişin mümkün olmadığını qeyd edib.

ABŞ-la bağlı digər məsələlər və sanksiyaların uzadılması ilə bağlı suallara isə Peskov “Bu, avtomatik qərardır, sonrakını görəcəyik” cavabını verib. Hələlik danışıqların konkret tarixi açıqlanmamışdır.