Kürdlər ABŞ-ın İrandakı etirazçılar üçün verdiyi silahları mənimsəyiblər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İnsanlar küçələrə çıxmaq istəyirdilər, amma silahları yox idi. Kürdlərin silahlarını təhvil verəcəklərini düşünürdük, amma kürdlər bizi məyus etdilər. Amma kürdlərin Konqresdə böyük nüfuzu var. Deyirlər kürdlər əla vuruşurlar. Amma onlar yalnız pul alanda vuruşurlar. Ona görə də kürdlərdən məyus oldum”, - Tramp bildirib.