Laçın şəhərinin içməli su ilə təminatı üçün görülən işlər açıqlanıb
10:25 30.06.2023
Gündəm
342
“Laçın şəhərinin içməli su ilə təminatı üçün aparılan tikinti işləri tamamlanmaq üzrədir”.
Bunun “Report”un Qarabağ bürosuna açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilər üzrə xidmət rəisi Oktay Həziyev bildirib.
Onun sözlərinə görə, Laçının içməli su təminatının yaxşılaşdırılması üçün hazırda 2 istiqamətində şəhərə su xətti çəkilir: “Həmin su xətlərinin təbii su mənbələri Sarıbaba dağı və Xırmanlar ərazisindən götürülür ki, həmin sular hazırda öz axını ilə birbaşa şəhərə qədər gəlir. İndiki dövrdə şəhərdə aparılan bütün işlərin su ehtiyatı həmin sular vasitəsilə ödənilir”.
O.Həziyev qeyd edib ki, Laçın şəhərinin mərkəzinə gətirilən su, əsas mənbəyindən polietilen borular vasitəsilə şəhərə ötürülür: “Bu da əlavə su itkisinin qarşısını alır. Xırmanlardan götürülən su xətti 6 km-lik məsafədən 160 diametrlik borular, Sarıbaba dağından götürülən su isə 13 km-lik məsafədən 110 diametrlik boru ilə çəkilib”.
Qurum rəsmisi deyib ki, Laçın rayon ərazisi bol sulu olduğu üçün su təminatında hər hansı problemin yaranması gözlənilmir: “Lakin, şəhərin suya olan tələbatı təkcə dağlardan gələn sulardan deyil, həmçinin əlavə artezian quyuları vasitəsilə də ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə Həkəri çayı üzərində artezian quyuları qazılıb, nasos stansiyaları inşa edilib. Rayonun dağlıq relyefdə olduğu üçün suyun anbarlara vurulması üçün su axınını sürətləndirən nasoslarla təmin olunub. Laçın şəhərinin su təminatın tam ödənilməsi məqsədilə Həkəri çayı sahılına 6 ədəd artezian quyusuda qazılıb. Yeni nasos stansiyaları tikilib, şəhərin mərkəzində 9 su anbarı inşa olunub. Həmçinin anbarlara suyun vurulması üçün 426 diametrlik boru ilə yeni magistral su xəttinin çəkilməsi işləri davam edir. Bundan əlavə, köhnə metal borular yenilərilə əvəzlənib, şəhərin dağlıq olduğu nəzərə alınaraq, evlərin su təminatını fasiləsiz təmin etmək üçün anbarlar sürətləndirici nasoslarla təmin olunub. Hazırda şəhər 24 saat su ilə təmin olunur”.
Xidmət rəisi həmçinin söyləyib ki, avqustun birindən inşa edilən nasos stansiyasının işə salınması nəzərdə tutulub: “Şəhərdə su kanalizasiya sistemi tamamilə yenidən qurulub. Hazırda həm Laçına köçürülən ailələr və burada fəaliyyət göstərən dövlət qurumlar, şirkətlər 24 saat fasiləsiz olaraq su ilə təmin olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə