Latviya Prezidenti: Azərbaycanla yaxın siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirəcəyik

Azərbaycan Prezidenti İlham Əliyevlə çox səmimi və məzmunlu müzakirələrimiz oldu.

Sherg.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs sosial media hesabında paylaşım edib.

Dövlət başçısı görüşün detallarına toxunaraq bildirib ki, tərəflər ikitərəfli münasibətləri, regional təhlükəsizlik və enerji məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar:

"Biz strateji tərəfdaşlar kimi yaxın siyasi və iqtisadi əlaqələrimizi daha da inkişaf etdirəcəyik. İsti qarşılanmaya görə cənab Prezidentə təşəkkür edirəm".