Fransa Prezidenti Emmanuel Makron "Şarl de Qoll" aviadaşıyıcısını Aralıq dənizinə göndərməyi tapşırıb.
"Report" "Le Monde"a istinadən xəbər verir ki, Makron bunu Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda xalqa müraciətində bildirib.
"Fransa ABŞ və İsrailin İrana qarşı hərəkətlərini əsaslandıra bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır", - Makron qeyd edib.
Makron vurğulayıb ki, İrana zərbələrlə başlayan münaqişə indi bütün regiona yayılır, sülh və təhlükəsizlik təhdid altına düşür.
Qeyd edək ki, gəmi NATO təlimlərinə görə Baltik dənizində olub. Makron əlavə edib ki, Fransa adanın müdafiəsini gücləndirmək üçün raket və pilotsuz uçuş aparatları əleyhinə sistemləri, həmçinin " Languedoc" freqatını Kipr sahillərinə göndərəcək.
"Biz Hörmüz boğazında gəmiçilik azadlığının bərpası üçün lazımi hərbi potensialı birləşdirəcək koalisiya yaradılması üzərində işləyirik", - Makron vurğulayıb.