
Makronun seçkilərdə məğlubiyyəti gözlənilirdi - RƏY
17:24 05.07.2024
Gündəm
417
Bu seçkilərin nəticələri Fransanın həm daxili, həm də xarici siyasətinə köklü dəyişikliklər gətirəcək Çox güman ki, Emmanuel Makronun özü də vaxtından əvvəl prezident kürsüsündən istefa verməli olacaq
Fransa Milli Assambleyasına (parlamentin Aşağı palatası) keçirilən növbədənkənar seçkilərdə Prezident Emmanuel Makronun koalisiyası ciddi məğlubiyyətə uğrayıb.
Marin Le Pen və Jordan Bardellanın başçılıq etdiyi ultramillətçi "Milli Birlik" Partiyası səslərin təxminən 36 faizini toplayaraq seçkilərin 1-ci turuna liderlik edib.
"Milli Birlik" Partiyası iyulun 7-də keçiriləcək 2-ci turda da bu cür inamlı qələbə qazanarsa, Fransanın yeni baş naziri və hökumətin tərkibi millətçilərdən ibarət olacaq. Partiyanın 28 yaşlı rəhbəri Jordan Bardella çox güman ki, Fransanın ən gənc baş naziri olacaq.
Milli Ralli Partiyasının qalib gəlməsi Makronun həyata keçirdiyi səriştəsiz siyasətin nəticəsi kimi dəyərləndirilir və bu məğlubiyyətin onun üçün böyük risk daşıdığı ehtimal edilir.
Ekspertlər hesab edir ki, Fransa uzunmüddətli siyasi böhran astanasındadır. Son dövrlərdə Makronun apardığı həm daxili, həm də xarici siyasət xalq tərəfindən bəyənilmirdi.
Politoloq İlyas Hüseynovun “Sherg.az"a açıqlamasına görə, Makron hakimiyyəti siyasətini ölkə daxilində problemlərin həlli deyil, digər bölgələrə müdaxilə, müstəmləkəçilik, separatizmə dəstək, Ermənistanı silahlandırmaq üzərində qururdu. Onun Fransa üçün cızdığı plan vətəndaş qarşıdurması və xaosla əvəzlənib:

“Ölkə daxilində tez-tez baş verən etiraz aksiyaları, etirazçılara qarşı polis zorakılığı xalqla iqtidar arasında gərginliyin pik həddə olduğunu, xalqın Makron hakimiyyətinin siyasətindən narazı qaldığını aydın şəkildə ortaya qoyur. Marin Le Pen və onun koalisiyasının seçkiqabağı təşviqatı millətçilik ideyaları üzərində qurulub. Yəni o və komandasının əsas hədəfi Fransada irqi və mili ayrı-seçkiliyin daha da dərinləşdirilməsinə istiqamətlənib. O cümlədən sağçılar Fransanın bəşəri cinayətlər törətdiyi koloniyalarında, ələlxüsus dənizaşırı ərazilərdə insan haqları və beynəlxalq hüquq adına yaxşı heç bir vədin sahibi deyil. Bu isə o deməkdir ki, xüsusən Makron hakimiyyətindən sonra bu ölkədə yaranan ab-hava, həyata keçirilən zərərli dövlət siyasəti artıq antibəşəri təhdidə çevrilib və kimin hakimiyyətdə olmasına baxmayaraq, Fransanın beşinci respublikası beynəlxalq hüquq adına, o cümlədən dövlətlərin əməkdaşlığı, sülh və sabitlik istiqamətində qlobal əngəl kimi çıxış etməkdədir".
E.Makronun seçkilərdə məğlubiyyətinin gözlənilən olduğunu vurğulayan politoloq deyib ki, bu seçkilərin nəticələri Fransanın həm daxili, həm də xarici siyasətinə köklü dəyişikliklər gətirəcək və hətta çox güman ki, Emmanuel Makronun özü də vaxtından əvvəl prezident kürsüsündən istefa verməli olacaq:
«Fikrimcə, parlamentdə çoxluğu itirəndən sonra Emmanuel Makronun prezident kimi istefası məsələsi də gündəmə gələ bilər. Artıq o qərarların qəbulunda dəstək ala bilməyəcək. Artıq seçkinin birinci turundan sonra Fransa küçələrində baş verən etiraz aksiyalarında da biz bunun açıq-aydın nümayiş edildiyini görürük».
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol