Makronun sözləri dəyişdirildi: Yunan mediası Türkiyəni hədəf göstərdi

Fransa Prezidenti Emmanuel Makronun Yunanıstana səfəri zamanı verdiyi açıqlamalar bəzi Yunan mediasında Türkiyəyə yönəlmiş mesaj kimi təqdim edilib.

Sherg.az xəbər verir ki, Makron çıxışında Fransa - Yunanıstan strateji tərəfdaşlığına diqqət çəkərək, “Suverenliyinizə təhdid olarsa, yanınızda olacağıq” ifadəsini işlədib. Lakin onun sözlərində Türkiyənin adı çəkilməyib.

Buna baxmayaraq, Yunanıstan mediasının bir hissəsi bu açıqlamaları fərqli şəkildə şərh edərək Fransanın Yunanıstana Türkiyəyə qarşı dəstək verəcəyi kimi başlıqlar yayıb. Fransa mətbuatında isə Makronun çıxışında Türkiyəyə dair birbaşa istinad olmadığı qeyd olunub.

Məsələ regionda, xüsusilə Egey dənizi ətrafında gərginlik və müttəfiqlik siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.