Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib.

Sherg.az paylaşımı təqdim edir:

"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"