Tramp: Ukrayna münaqişəsinin həlli ilk dəfə bu qədər yaxındır

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olduqlarını bildirib.

“Yəqin ki, uzun müddətdən sonra ilk dəfə razılaşmaya bu qədər yaxınıq”, - deyə Tramp Ağ Evdə jurnalistlərə Ukrayna münaqişəsinin həlli perspektivləri barədə danışarkən bildirib.

Sherg.az xəbər verir ki, ABŞ lideri daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə münaqişənin dayandırılmasını müzakirə etdiyini və hazırda prosesin bu istiqamətdə irəlilədiyini qeyd edib.

Tramp danışıqları “çox həssas” adlandırıb və Rusiya ilə ABŞ-ın Ukrayna münaqişəsinin həllinə yaxınlaşdığı bir vaxtda yanlış addım atmaqdan xüsusilə çəkinmək istədiyini vurğulayıb.

Oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib. ABŞ nümayəndəsi Ukrayna münaqişəsinin həllinə dair yanaşmaların əks olunduğu sənədləri Rusiya tərəfinə təqdim edib. Tərəflər, həmçinin Rusiya-ABŞ iqtisadi əməkdaşlığını və İran məsələsini müzakirə ediblər.