Almaniya Kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla Oval kabinetdə görüşdən sonra bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarının ölkə daxilində siyasi dəyişiklik yaradıb-yaratmayacağı qeyri-müəyyəndir. Onun sözlərinə görə, Tramp administrasiyasının İranın gələcəyi ilə bağlı formalaşdırılmış strategiyası yoxdur.
Sherg.az xəbər verir ki, Merz həmçinin İranın nüvə və raket proqramlarını dayandırmalı, İsrailin mövcudluq hüququnu tanımalı olduğunu vurğulayıb. O əlavə edib ki, Tramp ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunu davam etdirəcəyinə dair təminat verib.