Milli Məclisdə təklif səsləndi
09:26 15.07.2023
Gündəm
393
14 iyul rəsmi gün kimi qeyd olunsun
Milli Məclisdə 14 iyulun rəsmi gün kimi qeyd olunması təklif edilib. Bu təkliflə deputat Bəhruz Məhərrəmov deyib. Parlament üzvü bildirib ki, 14 iyulun tariximizdə müstəsna rolunu nəzərə alaraq xüsusi rəsmi bir gün kimi qeyd olunması məsələsinə baxılmalıdır. O əlavə edib ki, 14 iyul dövlətçilik tariximizdə çox önəmli bir gün, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi təqvimdir: “Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi. Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Budur müstəqillik yolu, budur dirçəliş".
Deputat Sahib Alıyev də qeyd edib ki, bu günün çox mühüm tarixi var: “Heydər Əliyevin Kommunist Partiyasına rəhbərliyi dövründə Bakı milliləşdirildi, Bakıda azərbaycanlıların sayı çoxaldı və bütövlükdə Azərbaycana azərbaycançılıq gətirildi. Yüksək qabiliyyəti olmasaydı, Heydər Əliyev bunları edə bilərdimi? Məhz onun yüksək inandırıcılıq qabiliyyətinin nəticəsi idi ki, türkiyəli rəsmilər Azərbaycana gələ bilirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə